səthi axın sularının özü ilə yuyub apardığı torpaq, qum, digər mineral və üzvi hissəciklərdən ibarət asılı materiallar. Miqdarı qr., kq və tonla ölçülür və suda həll olunmuş kimyəvi maddələr cəmidir. Səthi axın sularının tərkibindəki S.a.-ın miqdarı ərazidən yuyulan torpağın və həll olan duzların miqdarının göstəricisidir.Çay suyu ilə axan gətirmələr və həll olunmuş maddələr sülb axımı təşkil edir.Sülb axım çay hövzələrində səth suları hesabına əmələ gələn aşınma prosesi nəticəsində baş verir. Çaylarda sülb axımın əmələ gəlməsində başlıca rolu su aşınması (eroziyası) oynayır. Qar və yağış suyunun təsiri ilə torpaqda gedən yuyulma prosesi su aşınması adlanır.Sülb axımı göstərən amillər iki yerə bölünür:1) sülb axım məhsullarının əmə-lə gəlməsinə təsir edən amillər;2) bu məhsulların daşınmasına şərait yaradan amilər. Birinci qrupa daxil olan amillərə günəş radiasiyası, şaxta, temperatur və kimyəvi aşınmalar, çay hövzəsində torpaq və bitki örtüyü, süxurların litologiyası, insanın təsərrüfat fəaliyyəti və s., ikinci qrupa isə səth axımı və çayların su rejimi xüsusiyyətləri aid edilir.Çayın meylliyi çox olduqda yuyulma prosesi daha intensiv gedir, onunla nəql edilən gətirmələrin miqdarı da artır. Düzənlik sahələrdən axan çayların hövzələrində aşınmanın nisbətən zəif olması nəticəsində gətirmələrin nəql edilməsi zəif gedir.
Yağış və qar sularının su hövzələrinə və relyefin çökək yerlərinə axması:
yer səthi ilə-səthi axım, torpağın altı ilə — yeraltı axım;
müəyyən vaxt ərzində çay məcrası ilə axan suyun miqdan.
Axımın istənilən ərazidə paylanmasını səciyyələndirmək üçün axım modulu və ya axımın layı izoxətt xəritələrindən istifadə olunur. Bu xəritələr çay hövzəsinin iqlim, coğrafi şəraitindən asılı olaraq tərtib edilir. Xəritələri tərtib etmək üçün əvvəlcədən toplanmış faktiki məlumatlar əsasında ayrı-ayrı çay hövzələri və onların hissələrinə aid axım normalarının qiymətləri hesablamr. Alınmış qiymətlər xəritə üzərində həmin ərazilərin ağırlıq mərkəzlərində qeyd edilir. Axım normasına dair eyni qiymətli nöqtələr səlis əyri ilə- izoxətlərlə birləşdirilir.
Çay hövzəsinin səthindən vahid zamandakı axımın orta miqdarı, L (san-kv km) ilə ifadə olunur. Eroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı materialların axım modulu) 1 kv km sutoplayıcı sahədən axan sülb axının tonla miqdarıdır.
Axım modulu
Axım xəritələri
Bioloji axım
Bioloji axım – çaylarda diri və ölü orqanizmlərin, çirkləndirici maddələrin aşağıya, dənizlərə və okeanlara doğru yerdəyişməsidir.
== Ədəbiyyat ==
1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Yeraltı axım
Yeraltı axım hövzənin geoloji quruluşunun əsas funksiyasıdır. Ərazinin geoloji quruluşunun mürəkkəbliyindən asılı olaraq yeraltı suların formalaşması və çayların yeraltı sulardan qidalanması şəraiti də müxtəlifdir.
Yüksək dağlıq ərazilərdə yeraltı suların qidalanma şəraiti az öyrənilmişdir. Burada yeraltı axım əsasən dellüvial və allüvial çöküntülərdə formalaşır, onun rejimi isə çox halda atmosfer yağıntılarının paylanmasından asılıdır. Yeraltı sularla ən bol ərazilər Böyük Qafqazın cənub yamacında orta yuranın qum daşları və şistlərin yayıldığı sahələrdir. Bu qatlara aid olan bulaqların orta debiti 7–8 l/s-yə çatır. Şimal-şərq yamacın dərin dərələrində debiti 50 l/san-ə çatan çoxlu bulaqlar mövcuddur. Bu rayonlarda yeraltı qidalanma çay axımının əsas hissəsini təşkil edir. Geoloji quruluşun və çay hövzələrinin hidrogeoloji şəraitinin qidalanmaya təsiri Kiçik Qafqaz ərazisində özünü daha aydın göstərir. Kiçik Qafqazın çay hövzələri vulkanogen süxurlardan və sukeçirən çöküntülərdən ibarətdir.
Значение слова в других словарях
SÜLB AXIM
müəyyən vaxt ərzində /sutka, dekada, mövsüm, il/ çayın en kəsiyindən keçən diblə aparılan, asılı və həll olan maddələrin kütləsi